Üç ölkənin səmasında naməlum PUA müşahidə olundu

Bu gün, 00:14           
Üç ölkənin səmasında naməlum PUA müşahidə olundu
Amsterdam yaxınlığındakı Sxipxol hava limanında uçuş-enmə zolağı pilotsuz təyyarə səbəbilə 45 dəqiqə bağlanıb.
TEREF APA-ya istinadla xəbər verir ki, Norveç hərbi polisinin yaydığı məlumatına görə, yerli vaxtla saat 12:10 radələrində hava hərəkətinə nəzarət xidmətinə təxminən 150 metr yüksəklikdə PUA müşahidə olunması ilə bağlı məlumat daxil olub.

Ərazidə axtarış aparılsa da, PUA ilə bağlı heç bir sübut əldə edilməyib.

Bundan başqa pilotsuz təyyarələr səbəbilə Litvada Vilnüs Beynəlxalq Hava Limanında da yeddi reys gecikib.

Hava limanının yaxınlığında 3 PUA aşkarlanıb, bununla bağlı dörd uçuş və üç eniş gecikib.

Analoji hadisə Norveçdə də qeydə alınıb. Belə ki, Erland hava bazası üzərində səmada PUA aşkar müşahidə olunub.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru