Uşaq bağçasında QALMAQAL: Körpələrə quru çörək və su verilir?

Dünən, 10:57           
Uşaq bağçasında QALMAQAL:
Ağcabədinin Pərioğullar kənd körpələr evi-uşaq bağçasında uşaqlara yalnız quru çörək və su verildiyi iddia edilir. Bu barədə kənd sakini Afiqə Şirinova videomateriallar təqdim edib.

TEREF Xəzər TV-yə istinadla xəbər verir ki, bağçada xadimə işləyən Afiqə Şirinovanın iddiasına görə, 5 il əvvəl bağça rəhbərliyi dəyişdikdən sonra orada qanunsuzluqlar baş qaldırıb. Onun sözlərinə görə, ən ciddi pozuntu uşaqların ərzaq normalarının kəsilməsidir.

Səsləndirilən iddialara valideynlərin də münasibəti öyrənilib. Şikayətçi tərəfin çağırdığı valideynlər məsələ ilə bağlı öz fikirlərini bildiriblər.

Bağçanın aşpazı Solmaz Bədəlova qeyd edib ki, verilən qida normaları hər gün gələn uşaqların sayına uyğun tənzimlənir.

Uşaq bağçasının müdiri Gülnarə Axundova səhhətinə görə müsahibə verməsə də, səsləndirilən iddia və ittihamlar tamamilə əsassız olduğunu bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru