Hindistanlı gənc sevgisinin sübutu üçün doqquz evi qarət etdi

Dünən, 16:47           
Hindistanlı gənc sevgisinin sübutu üçün doqquz evi qarət etdi
Hindistanın Naqpur şəhərində 19 yaşlı kollec tələbəsi sevgilisini heyran etmək məqsədilə ardıcıl doqquz evi qarət edib.

Bu barədə "Times of India" xəbər verir.

Bildirilir ki, Naman Pete adlı birinci kurs tələbəsi gecələr müxtəlif məhəllələrdə evlərə girib.

Polis onu növbəti oğurluqdan sonra təhlükəsizlik kameralarının görüntüləri sayəsində müəyyənləşdirib. İstintaq zamanı gənc bütün cinayətləri etiraf edib.

Məlumata görə, gəncin sevgilisi lüks həyat tərzini sevdiyi üçün o, bu yola əl atıb və oğurluqla əldə etdiyi pulları sevgilisinə bahalı hədiyyələr almaq və əyləncələrə xərcləyib.

Hazırda şübhəli saxlanılıb, ondan oğurlanmış əşyalar müsadirə olunub. Polis hadisənin digər təfərrüatını araşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru