Kiprin cənubunda aktivlik: Türkiyə XİN xəbərdarlıq etdi

Bu gün, 00:18           
Kiprin cənubunda aktivlik: Türkiyə XİN xəbərdarlıq etdi
Türkiyənin Xarici İşlər Nazirliyi Norveç bayraqlı “Ramform Hyperion” gəmisinin Kiprin cənubunda icazəsiz fəaliyyətinə etiraz edib.

Globalinfo.az-ın məlumatına görə, nazirlik bəyan edib ki, Kipr türk xalqı adanın ətrafındakı dəniz ərazilərində rumlarla bərabər hüquqlara malikdir və yalnız rum icmasını təmsil edən Cənubi Kipr Rum İdarəsinin onların adından birtərəfli addım atmaq səlahiyyəti yoxdur.

Ankara həmçinin Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyinin mövqeyini dəstəklədiyini bildirib və üçüncü tərəfləri Cənubi Kipr Rum İdarəsinə dəstək vermək əvəzinə dialoq və əməkdaşlığa çağırıb.

Qeyd edək ki, “Ramform Hyperion” gəmisinin Şimali Kipr Türk Respublikasının razılığı olmadan Kiprin cənubundakı kontinental şelfdə seysmik-kəşfiyyat işi apardığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru