Keçmiş futbolçu və hakim: "Əvvəllər kömək etdiyim insanlar indi mənə əl tutmurlar"

Dünən, 12:20           
Keçmiş futbolçu və hakim:
Baku TV-nin "Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramın budəfəki buraxılışının qəhrəmanı keçmiş futbolçu, hakim Akif Adıgözəlov olub.

Ömrünü futbola həsr edən 62 yaşlı Akif Adıgözəlov deyir ki, ciddi zədə aldıqdan sonra karyerasını yarımçıq qoyub:

"Ailə qurmadım, ölkələri gəzirdim. Qazancım yaxşı idi, ata evimi təmir etdirdim. Daha sonra yaşla əlaqədar hakimlikdən də çıxardılar, işsiz qaldım. Əvvəllər kömək etdiyim insanlar indi mənə əl tutmurlar".

Keçmiş futbolçu hazırda Sumqayıtda "parkovşik" kimi fəaliyyət göstərərək qazanc əldə etməyə çalışır.

"Tanıyanlar deyirlər ki, bura sənin yerin deyil. İdman sahəsində işləmək yaxşı idi. Bu iş yorucudur. Bütün gün ayaq üstə qalıram", - deyə sabiq hakim söyləyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru