Ölkə.Az xəbər verir ki, çinli elektron ticarət nəhəngi "Alibaba Group"un keçmiş CEO-su Çinin ən zəngin iş adamlarından biri, Ma Nyu Yorkda təşkil edilən bir konfransda qlobal iqtisadiyyatın III Dünya Müharibəsinə hazırlandığını söyləyib.
O, bu döyüşün hərbi bir döyüşdən çox internet və digər mobil platformalar üzərindən yaşanacaq ticarət döyüşü olacağını bildirib.
Online və mobil platformalardan ticarət döyüşünün ölkələr arasında gərginlik çıxaracağını gözlədiyini söyləyən Ma Çin və ABŞ-ın bu dəfə bu döyüşdə birlikdə savaşacağını ifadə edib.
"Bu döyüşdə, xəstəliklərə, aclıqlara və iqlim dəyişikliyinə qarşı birlikdə mübarizə apara bilərik", - deyə Ma qeyd edib.