Ruisyanın istəmədiyi siyasətçilərin siyahısı bəlli oldu
18-06-2015, 11:21
“Rusiya ilk növbədə Ukrayna rəhbərliyində əsas yer tutan Baş nazir Arseni Yaçenyukun vəzifədən uzaqlaşdırılmasını istəyir”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko çıxış edib.
Onun sözlərinə görə, Kreml Ukrayna hakimiyyətindən uzaqlaşdırmaq istədiyi şəxslərin xüsusi siyahısını tutub:
“Bu, artıq bizə bəllidir. Bu siyahıda mənim də adım var və ikinci yerdə dayanır. Siyahının hazırlanmasına isə Rusiya prezidentinin köməkçisi Vladimir Surkovun müavini İnal Ardzinba rəhbərlik edir”.