Belçikada Yukos iddiası ilə bağlı Rusiyanın dövlət aktivlərinə həbs qoyulub.

18-06-2015, 11:33           
Belçikada Yukos iddiası ilə bağlı Rusiyanın dövlət aktivlərinə həbs qoyulub.
Belçikada Yukos iddiası ilə bağlı Rusiyanın dövlət aktivlərinə həbs qoyulub.


Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Rusiyanın Belçikadakı dövlət idarələrinə çərşənbə günü məhkəmə sənədləri təqdim olunub, həmin sənədlərə əsasən onların sərəncamında olan dövlətə məxsus (Rusiya Federasiyasına) bütün əmlaka, həmçinin onların Rusiya dövlətinə olan borcuna həbs qoyulub.

Sənədlərə görə həbs Belçikanın arbitraj məhkəməsinin Yukos şirkəti ilə bağlı iyulun 18-i 2014-cü ildə çıxardığı qərara əsasən tətbiq olunur.


İddia olunan məbləğ 1.7 milyard avrodur.


Əmlakəna həbs qoyulan idarələr iki həftə ərzində sərəncamında olan Rusiya Feredasiyasına məxsus bütün əmlakın və pul vəsaitinin siyahısını təqdim etməlidir.


Siyahıya demək olan ki, Belçikada mənzillənmiş bütün böyük banklar və diplomatik korpuslardan başqa Rusiyanın bütün dövlət idaləri salınıb.


Həbslə bağlı sənəddə Yukosun keçmiş səhmdarlarına kompensasiyaların verilməsi ilə bağlı Abropa Məhkəməsinin çıxardığı qərar və Rusiya tərəfinin hələ də bu qərarı icra etməməsi də qeyd olunur.


Bundan öncə Rusiya tərəfi məhkəmənin qərarını tamamilə siyasi adlandırıb və bildirib ki, Rusiya Federasiyasının büdcəsində bu məbləği ödəməklə bağlı hər hansı göstəriş yoxdur.


Rusiyanın keçmiş neft şirkəti Yukos 2003-cü ildə onun baş icra rəhbəri Khodorkovski vergidən yayınma ittihamı ilə həbs olunandan sonra ləğv olunub.


Bu şirkətin keçmiş səhmdarlarına 2,5 milyard dollar ödəməli olması barədə Avropa Məhkəməsinin qərarı var. Yukos-un keçmiş səhmdarları məhkəməyə müraciət etmişdi ki, bu şirkətin müsadirə olunması qanunsuz olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.