ABŞ-ın Maliyyə Nazirliyi ilk dəfə olaraq, 10 dollarlıq əskinazın üzərində qadın portreti yerləşdirəcək.
"APA-Economics" "CNN Money"ə istinadən xəbər verir ki, həmin portretin kimə məxsus olması ilə bağlı bir neçə ay ərzində keçiriləcək ictimai səsvermə nəticəsində qərar veriləcək.
Yeni əskinaz 2020-ci ildən, ABŞ-da qadınlara seçkidə iştirak etmək hüququ verən konstitusiyaya edilmiş 19-cu düzəlişin 100 illiyi münasibətilə tədavülə buraxılacaq.
Qeyd edək ki, sonuncu dəfə dollar üzərində həkk olunmuş qadın portreti ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun həyat yoldaşı Marta Vaşinqtona məxsusdur. Bu əskinaz 1891-ci ildən 1896-cı ilə qədər tədavüldə olub.
Hal-hazırda 10 dollarlıq əskinazının üzərində ABŞ-ın ilk maliyyə naziri Aleksandr Hamiltonun portreti həkk olunub.