İran Rusiyadan C-300-lər əvəzinə “Antey-2500” raketdən müdafiə sistemlərini almağa razılıq verib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb.
Qəzetin məlumatına görə, müqavilə Tehranın Moskvaya qarşı qaldırdığı 4 milyardlıq iddia geri götürüldükdən sonra imzalanacaq. Rusiya Tehrana 5 ədəd “Antey-2500” raket sistemi verəcək.
Hazırda “Antey-2500” Rusiya ilə yanaşı yalnız Venesuela və Misir ordusunda var.
Xatırladaq ki, Rusiya bu yaxınlarda İran C-300-lərin verilməsi ilə bağlı vetonu ləğv etmişdi.