İrəvanda etiraz aksiyası dağıdılır (CANLI YAYIM)

23-06-2015, 23:03           
İrəvanda etiraz aksiyası dağıdılır (CANLI YAYIM)
Ermənistanın paytaxtı İrəvanda yenidən etiraz aksiyası başlayıb. Musavat.com NEWS.am-a istinadən xəbər verir ki, elektrik enerjisi tariflərinin artmasına etiraz edən aksiya iştirakçıları prezident sarayına yürüş edərək dövlət başçısından tariflərin artırılması barədə qərarın ləğv edilməsini tələb etmək niyyətindədirlər.

Etirazçılar Tumanyan küçəsi ilə yürüş edərək Baqramyan prospektinə çıxmağı planlaşdırırlar.

Məlumata görə, Baqramyan prospektində artıq polis qüvvələri toplaşmağa başlayıb.

Qeyd edək ki, ötən gün analoji etirazlar zamanı polis və etirazçılar arasında qarşıdurma baş verib, 237 etirazçı saxlanılıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.