Ermənilərin canlı ət divarı (VİDEO)
24-06-2015, 10:20
Ermənistanın bir sıra keçmiş və indiki deputatları, şou-biznes təmsilçiləri İrəvanın Baqramyan prospektində polis və nümayişçilər arasında canlı ət divarı çəkiblər.
ANS PRESS-in məlumatına görə, deputatlardan Xaçatur Sukiasyan, Sasun Mikaelyan, Lüdmila Sarkisyan, Nikol Paşinyan, Tevan Poqosyan, Gdmon Marukyan, Aqvan Vardanyan, Arsvik Minasyan, Aleksandr Arzumanyan, Xaçatur Kokobelyan, Eqine Bişaryan, Tiqran Urixanyan, Samvel Farmanyan, təhsil naziri Armen Aşotyan, Kukla teatrının direktoru Ruben Babayan, aktyor Ovanes Azoyan, artistlər və s. ziyalılar var. Onlar 2008-ci ilin mart ayının 1-də olduğu kimi polisin dinc nümayişçilərə güllə atmasından qorxurlar. Serj Sarkisyanın seçki saxtakarlığı ilə hakimiyyətə gəldiyi həmin günlərdə 8 dinc nümayişçi həlak olmuşdu.
Dünən səhər saatlarında erməni polisi prezident iqamətgahının qarşısında oturaq mitinqi güc yolu ilə dağıtdıqdan sonra axşam saat 22:30-da nümayişçilər yenidən yerlərini tutublar.