Suriya savaşının qaranlq gələcəyi

30-06-2015, 15:23           
Suriya savaşının qaranlq gələcəyi
Rusiya və İran Suriya rejimi ilə müttəfiq olduqlarına görə onlara qarşı təzyiqlər güclənir. Tələblər isə ondan ibarətdir ki, bu iki ölkə Suriya hakimiyyəti ilə əməkdaşlığı dayandırmalıdır.

Modern.az saytının verdiyi xəbərə görə “The Washington Times” qəzetində yazılan məqalədə bu barədə bildirilib.
Bir neçə mənbə sözügedən nəşrə məlumat verib ki, yaxın zamanlarda Suriya vətəndaş müharibəsi özünün pik nöqtəsinə çatacaq. “İslam dövləti” terror təşkilatının (İŞİD) və buna bənzər digər ekstremist qruplaşmaların isə paytaxt Dəməşqi tutacağı iddia olunur.

Rusiya və İranın isə Vaşinqtonun Suriyanın konstruktiv müxalifəti ilə bağlı mövqeyinə müsbət yanaşacağı qeyd edilir.

Amma Suriya münaqişəsinin davam etdiyi bir vaxtda balansın dünya güclərindən konkret olaraq hansının xeyrinə dəyişəcəyi də sual altındadır.

ABŞ kəşfiyyatının adının anonim saxlanılmasını istəyən əməkdaşlarından biri deyib ki, Moskva və Tehran gözlənilən təhlükələri nəzərə alaraq Suriya iqtidarı ilə əməkdaşlığın davam etdirilməsi məsələsində tərəddüd içərisindədir.

Əslində isə Rusiya və İranın 2 yolu olduğu göstərilir: ya Bəşər Əsədlə müttəfiqliyi davam etdirməli, ya da İŞİD-in Dəməşqə girməsi riskini nəzərə alaraq loyal müxalifətlə saziş bağlamalıdır.

ABŞ analitikləri hesab edirlər ki, Bəşər Əsəd hakimiyyətinə qarşı radikal olmayan güclərin möhkəmləndirilməsi məsələsində Ağ Evin ümidləri optimistdir. Lakin Vaşinqtonun əlində çox Rusiya, İran və ekstremist təşkilatlara təsir etmək üçün imkanların çox az olduğu vurğulanır.

Oklahoma Universitetinin Yaxın Şərq üzrə Mərkəzinin eksperti Coşua Lendis hesab edir ki, Rusiya və İranın öz mövqeyini yenidən gözdən keçirəcəyi gözlənilən deyil.

Onun sözlərinə görə İŞİD və “Əl-Qaidə” Dəməşqdə əhəmiyyətli oyunçuya çevriləcəksə, ABŞ kənarda qalacaq və bununla barışmalı olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.