Rusiyada Putinə qarşı aksiya başlayır: “Bezmişik”

29-04-2017, 15:30           

Bu gün saat 14:00-da Rusiyada Vladimir Putinin 2018-ci ildə prezidentliyə namizədliyini verməməsi üçün aksiyası keçiriləcək.

Axar.az xəbər verir ki, aksiyanı rusiyalı müxalif Mixail Xodorkovskinin “Açıq Rusiya” təşkilatı təşkil edib. Artıq polis aksiyaya gələcək şəxsləri bu mitinqlərin qanunsuz olması ilə bağlı xəbərdar edib.

Etiraz aksiyaları ölkənin 30 şəhərini əhatə edəcək. Keçiriləcək aksiya “Bezmişik” adlandırılacaq.

İddia olunur ki, bu aksiyaların heç də bir müddət öncə Rusiyada korrupsiyaya qarşı keçirilən mitinqlərə bənzəməyəcək. Bu aksiya zamanı etirazçılar Vladimir Putinin 2018-ci ildə namizədliyini verməməsi ilə bağlı ona məktublar ünvanlayacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru