Tramp Şimali Koreyaya hərbi müdaxilədən danışıb

30-04-2017, 10:40           
Tramp Şimali Koreyaya hərbi müdaxilədən danışıb
ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə sınağı keçirəcəyi təqdirdə buna sevinməyəcək.
"Report"un məlumatına görə, Ağ Ev rəhbəri bununla bağlı "CBS"-ə müsahibəsində bildirib.
Trampın sözlərinə görə, KXDR lideri Kim Çen In ABŞ-ın ballistik raketin buraxılışına görə şad olmayacağını başa düşür. O, həmçinin Çin lideri Si Çzinpinin Şimali Koreya liderinə təzyiq göstərəcəyinə əminliyini də ifadə edib.
"Əgər o (Kim Çen In – "Report") nüvə sınağı keçirsə, mən buna sevinməyəcəm. Və mən sizə deyə bilərəm ki, Çin prezidenti – çox hörmətli insan da çətin ki buna sevinsin" – deyə Tramp bildirib.
ABŞ prezidenti onun bu sözlərinin hərbi əməliyyatları nəzərdə tutub-tutmaması barədə sualdan yayınıb. "Mən bilmirəm, baxarıq" – deyə Tramp mövzunu qapadıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru