Ukrayna prezidentinin xanımı idman telekanalında aparıcılıq edəcək

30-04-2017, 10:44           
Ukrayna prezidentinin xanımı idman telekanalında aparıcılıq edəcək
Ukrayna prezidentinin xanımı Marina Poroşenko idman telekanalının səhər verilişində aparıcılıq edəcək.
"Report"un məlumatına görə, bu barədə "Ukrayna" telekanalında hazırlanan çarxda xəbər verilib.
"...Və hər bir ukraynalı güclü və sağlam olacaq" – deyə Marina Poroşenko öz vətəndaşlarına vəd verib.
Xəbərdə bildirilir ki, Petro Poroşenkonun xanımı üçün "Səhər" şousu çərçivəsində xüsusi "İdmanın ritmində" adlı rubrika hazırlanıb. Marina Poroşenkonun aparıcısı olacağı proqramın birinci buraxılışı mayın 15-də, yerli vaxtla saat 07:15-də efirə gedəcək.
Qeyd edək ki, Ukrayna prezidentinin xanımı müxtəlif sosial layihələrdə də fəal iştirak edir. O, xüsusən inklüziv təhsil sahəsində dəstək layihələri ilə məşğul olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.