10 000 məmurun diplomu saxta çıxdı - İşdən qovuldular

30-04-2017, 11:55           
10 000 məmurun diplomu saxta çıxdı - İşdən qovuldular
Tanzaniya prezidenti Con Maqufuli diplomlarının saxta olduğu müəyyənləşdirilən 10 000-dək məmuru vəzifəsindən uzaqlaşdırıb.

Con Maqufuli 2015-ci ildə başlanmış araşdırmanın yekun hesabatı ilə tanış olduqdan sonra 9 932 məmurun dərhal istefaya getməsini tələb edib.

Prezident istefaya göndərilən məmurların qısa zamanda ixtisaslaşdırılmış mütəxəssislərlə əvəzlənəcəyini qeyd edək, KİV-lərdən dövlət qulluğundan uzaqlaşdırılan şəxslərin siyahısını yaymağı xahiş edib.

Con Maqufuli 2015-ci ilin noyabrında prezident seçildikdən dərhal sonra korrupsiya və dələduzluqla mübarizəyə yönələn “şok terapiyası” siyasətinin icrasına başlayıb.(apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru