ABŞ-da qasırğa və daşqın qurbanlarının sayı 11 nəfərə çatıb - YENİLƏNİB
1-05-2017, 07:57
ABŞ-ın cənub və mərkəzi ştatlarında baş verən qasırğa və daşqın nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 7 nəfərin öldüyü bildirilirdi.
Arkanzas ştatında 3, Tennessidə isə 1 nəfər təbii fəlakəti qurbanı olub. İki uşağın itkin düşdüyü bildirilir.
***
01:43
ABŞ-da baş verən güclü qasırğa nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, şiddətli yağışla müşayiət olunan qasırğalar Texas, Missuri, Missisipi, Arkanzas, Alabama, Oklahoma və Luiziana ştatlarında ciddi fəsadlar törədib.
Təbii fəlakət ən çox Texas ştatına ziyan vurub. Sutka ərzində burada 4 nəfər ölüb, 50-yə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Arkanzas ştatında bir qadın küləyin aşırdığı ağacın altında qalaraq dünyasını dəyişib. Daha iki nəfər Missuri və Missisipidə baş verən daşqınların qurbanı olub.
Məlumata görə, Missuri və Oklahoma ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq edilib.