Özü Rusiya ilə anlaşır, əri ordan pul alır... - Tramp

1-05-2017, 08:24           
Özü Rusiya ilə anlaşır, əri ordan pul alır... - Tramp
Rusiya ilə anlaşmaq mümkündür.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

“Rusiya ilə birlikdə hərəkət edəcəyəm. Çinlə də ola bilər. Yaxud fərqli qruplarla da birlikdə ola bilərik”, - Ağ Ev rəhbəri bildirib.

Milyarder prezident seçki dönəmində Rusiya ilə əlaqələrinin olması barədə yayılan məlumatları uydurma adlandırıb. Hillari Klintonun seçki qərargahının rəhbəri olmuş şəxsin - Con Podestanın qardaşı ilə birlikdə Rusiyada şirkəti olduğunu bildirən Tramp sözlərinə belə davam edib: "Hillarinin əri (Bill Klinton) Rusiyada pul qarşılığında çıxış edib, özü isə Rusiya ilə nüvə razılaşması imzalayıb. Amma heç kim bunlardan danışmır".

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri dönəmində Rusiya hakerlərinin Trampın xeyrinə prosesə müdaxilə etməsi ilə bağlı məlumatlar yayılmışdı.

Hər iki tərəf bu yöndə yayılan informasiyaları təkzib etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru