Əhali etiraza qalxdı: Prezident maaşları 60 faiz artırdı

1-05-2017, 15:07           
Əhali etiraza qalxdı: Prezident maaşları 60 faiz artırdı
Əhalinin davamlı etirazları və keçiridiyi aksiyalar Venesuela prezidentini minimum əmək haqqını 60 faiz artırmağa vadar edib. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, Venesuela prezidenti Nikolas Maduro əhaliyə müraciətlə yeni qərarını elan edib.

Prezident bldirib ki, minimum əmək haqqı 60 faiz artırılıb. Artım eyni zamanda pensiyalara da şamil edilib. Yeni qərara əsasən artımın şamil ediləcəyi kateqoriyaya dövlət məmurları, həkimlər, müəllimlər, hərbçilər, polis, yanğınsöndürən daxildir. Artıq mayn 1-dən etibarən ölkədə minimum əmək haqqı 40 min yox, 65 min bolovar olacaq. Bundan başqa pensiyaçılara əlavə təqaüd də ödəniləcək.

Qeyd edək ki, dövlət başçısı bu qərarı ölkədə keçirilən davamlı etiraz aksiyaları nəticəsində verməyə vadar olub. Ölkədə bir neçə həftədir ki, davam edən aksiyalar nəticəsində 29 nəfər ölüb. Ölkə əhalisi iqtisadi durumdan narazıdır və növbədənkənar seçki keçirilməsini tələb edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru