Venesuelada Konstitusiya Assambleyası çağırılır

2-05-2017, 07:56           
Venesuelada Konstitusiya Assambleyası çağırılır
Venesuelada Konstitusiya Assambleyası çağırılır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ölkə prezidenti Nikolas Maduro paytaxt Karakasda keçirilən 1 May nümayişində bəyan edib.

Onun sözlərinə görə, Konstitusiya Assambleyasına dövlət quruluşunu dəyişməklə yanaşı qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. N.Maduro yaxın saatlarda yeni qurumun təsis edilməsinə dair fərman imzalayacağını bildirib.

Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirib.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti verib. Hazırda qərar ləğv edilsə də, ölkədə siyasi böhran davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru