FTB əməkdaşı İŞİD üzvünə aşıq oldu, ailə qurdular

2-05-2017, 10:27           
FTB əməkdaşı İŞİD üzvünə aşıq oldu, ailə qurdular
ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşı Daniela Qrin Suriyada İŞİD terror qruplaşmasının üzvü - Denis Kaspert ilə ailə qurub. Trend-in məlumatına görə, FTB-də D.Qrinə İŞİD terror qruplaşmasının üzvü barədə araşdırılmada iştirak etmək tapşırılıb.

FTB-nin tərcüməçisi olan D.Qrin rəhbərliyinə getmək niyyətində olduğu yer barədə yalan danışaraq, D.Kasperti onun haqqında araşdırılma aparılması barədə xəbərdarlıq edib. Qrin Kaspert ilə 2014-cü ildə ailə qurub, lakin KİV-lərə bu barədə yalnız indi məlum olub.

Xəbərdə bildirilir ki, D.Qrin ABŞ-a qayıdıb. O, ABŞ-da həbs edilib. D.Qrin hökumətlə əməkdaşlıq etməyə razılaşıb. Məhkəmə D.Qrin barəsində 2 il həbs cəzası qərarı verib. Ötən il yayda D.Qrin azadlığa buraxılıb.

Qeyd edək ki, 2015-ci ilin oktyabr ayında "CNN" telekanalı məlumat verib ki, 39 yaşlı D.Kaspert ABŞ aviasiyasının hücumu zamanı Suriyada ölüb. D.Kaspert ABŞ Dövlət Departamentində əsas təhlükəli beynəlxalq terrorçuların siyahısında olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru