Marine Le Peni rəqibinin çıxışını sözbəsöz təkrarlamaqda günahlandırırlar

2-05-2017, 21:07           
Marine Le Peni rəqibinin çıxışını sözbəsöz təkrarlamaqda günahlandırırlar
Fransa prezidentliyinə namizəd Marine Le Peni seçkinin birinci mərhələsində rəqibi Francois Fillonun çıxışını təkrarlamaqda günahlandırırlar.

O, mayın 1-də çıxış edərkən, Fillonun apreldə seçiciləri qarşısında etdiyi çıxışını demək olar ki, sözbəsoz təkrar edib.

Amma Le Penin seçki qərərgahı ittihamı rədd edir.

Çıxışların eyni olması sosial şəbəkələr və jurnalistlərin diqqətini çəkib.

Məlumatlara görə, Le Pen Fransanın Qərbi Avropada yeri ilə bağlı çıxışında ölkənin dəniz sərhədləri və Fransız dilinin xaricdə tanınan olması ilə bağlı Fillonun fikirlərini təkrar edib, İtaliyanı “bacı” adalandırıb və rəqibinin fransa siyasətçiləri və yazıçılarından gətirdiyi sitatlardan istifadə edib.

Le Penin “Milli cəbhə” partiyası isə bu sitatların bir işarə kimi edildiyini təkid edir.

Mayın 7-də Fransada prezident seçkisinin ikinci mərhələsi keçiriləcək.

Marine Le Penin həmin mərhələdə əsas rəqibi keçmiş iqtisadiyyat naziri Emmanuel Macron olacaq.

Son rəy sorğularına görə, Macron Le Peni 20 faiz qabaqlayır.

Birinci mərhələdə yarışı dayandıran mühavizəkar namizəd Francois Fillon tərəfdarlarını mərkəzçi Macronu dəstəkləməyə çağırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.