Ən güclü zəlzələnin olacağı yer açıqlandı

2-05-2017, 21:38           

Fransa və Çili seysmoloqları yaxın bir neçə onillik ərzində Santyaqo şəhəri (Çili) rayonunda planetin ən güclü zəlzələsinin baş verə biləcəyini proqnozlaşdırıblar.

AFN "Earth and Planetary Science Letters" jurnalında dərc edilən müvafiq tədqiqatlara istinadla bildirir ki, minimal olaraq 8,3 bal gücündə zəlzələ təkanları gözlənilir.

Cənubi Amerikada belə güclü zəlzələnin Naska okean plitəsinin Cənubi-Amerika plitəsinin altına girməsi səbəbindən baş verəcəyi bildirilir. Belə ki, bu proses ildə 8 sm sürətlə baş verir. Santyaqo rayonunda isə litosfer plitələrinin okean qabığında bir-birinə sürtünməsi 4,5 metr geri qalır, bu isə prosesi tormozladığından, hər 70 ildən bir güclü zəlzələr baş verir.

Zəlzələnin episentri Çili paytaxtının 70 km-dəki Valparasio şəhərinə düşəcək. Zəlzələnin 2017-ci ildə olması ehtimalı 3 faiz təşkil edir ki, bu da normadan 2-3 dəfə çoxdur. Zamanla fəlakət riski daha da artır.

Mütəxəssislər belə bir nəticəyə 2015-ci ilin sentyabrında İlyapel şəhəri yaxınlığında baş verən zəlzələni təhlil etməklə, gəliblər. O vaxt zəlzələnin gücü 8,3 bal civarında dəyərləndirilib. Son yüzillikdə İlyapeldə 60-80 il arası dövrülüklə güclü zəlzələlər baş verir.

Müəlliflər qeyd edirlər ki, bəşəriyyət tarixində ən güclü zəlzələ də Çilidə 196-cı ildə Santyaqodan 570 km cənubda baş verib. Həmin zəlzələnin gücü 9,5 bal təşkil edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.