Çin nəhəng döyüş robotu yaratdı – VİDEO

3-05-2017, 07:31           
Çin nəhəng döyüş robotu yaratdı – VİDEO
Çinin “Greatmetal” şirkətinin tərtibatçıları Pekində keçirilən “G-Festival” festivalı çərçivəsində “Monkey King” (“Meymunların kralı”) adlı nəhəng döyüş robotunu geniş ictimaiyyətə təqdim ediblər. teref.az lent.az-a istinadən verdiyi məlumata görə, yeni idarə olunan robot bu ilin avqust ayında özünə bənzər robotla rinqdə döyüşəcək.
Fantastik filmlərdə robotların iştirakı ilə izlədiyimiz həyəcanlı süjetlər tədricən reallığa çevrilir. Onların ən yaxşısı isə artıq Yaponiya və ABŞ-da populyar olmuş idman arenalarında keçirilən çempionatda müəyyən edilir. Çindən olan yeni robot “Monkey King” adını özünün nəinki dörd ayağı, hətta arxa ayaqları üzərində hərəkət etmək kimi unikal qabiliyyəti sayəsində qazanıb.
“Greatmetal” şirkətinin nümayəndələri bildiriblər ki, 4 ton çəkisi olan robotun ziyarətçilər qarşısında şou göstərməsi üçün iki ay müddətində sərasər işləmək lazım olub. Tərtibatçılar yaratdıqları robotun döyüş qabiliyyəti ilə bağlı şərh vermək istəməyiblər. Məlumdur ki, “Monkey King” liderlik uğrunda bu il ərzində amerikalı MK.3 və yaponiyalı “Kuratas” robotları ilə döyüşəcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru