Dəniz donuzu Yeni Zelandiyada polis oldu

3-05-2017, 07:58           
Dəniz donuzu Yeni Zelandiyada polis oldu
Yeni Zelandiyada Elliot ləqəbli dəniz donuzu polis sıralarına daxil olub və nəqliyyatda yüksək sürətə qarşı mübarizə aparacaq. Bu barədə hüquq-mühafizə orqanlarına aid facebook səhifələrində qeyd olunub. Elliot polis postunda dayanaraq insanlara “asta maşın idarə etmək təhlükəsizlik deməkdir” mesajını verir.

Heyvanın üzərində yazılmış yazılarda eyni zamanda qeyd olunur ki, bütün hallarda uşaqları nəzərə almaq lazımdır. Çünki uşaqlar küçələrdə gəzirlər, velosiped sürürlər, yolları keçirlər: “Onlar kiçikdirlər və müdafiəyə ehtiyac duyurlar. Bunu yaddan çıxarmayın və ehtiyatlı olun!”

Yerli medianın yazdığına görə, Elliot özü bu mesajı hamıya çatdırmaq üçün tələsmir. Baxmayaraq ki, saatda 9 kilometr məsafə qət edə bilir. Daha öncə də ABŞ-ın müxtəlif ştatlarında buna bənzər hadisələr baş verib. Belə ki, yerli polis orqanları ya narkotiklərlə mübarizədə, ya da ayrı-ayrı cinayətkarların yaxalanmasında müxtəlif növ heyvanlardan istifadə ediblər. Onlara simvolik olaraq polis geyimlərinin atributları verilib və yerli mediada da “polis orqanlarının nümayəndələri” kimi təqdim olunub.

Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.