Vəzifəyə gəldiyi gündən bu yana narkotik mafiyasına qarşı qanlı mübarizə aparan Filippin prezidenti Rodrigo Duterte, bu dəfə də siqaret çəkənlərə qarşı savaş açıb.
Xalqın sağlamlığının kommersiya mənfəətlərindən əvvəl gəldiyini söyləyən Duterte, xalqa açıq sahələrdə siqaret çəkilməsini qadağan edən fərman imzalayıb.
Verilən açıqlamada, Dutertenin uzun müddət əvvəl eşitdirdiyi “Tüstüsüz hava sahəsinin yaradılması” adlı fərmanla, xalqa açıq sahələrdə siqaret çəkilməsi qadağan edilib. Qərar rəsmi qəzetdə nəşr olunmasından 60 gün sonra etibarlı olacaq. Sözü gedən qadağanı pozanları isə, 100 dollar və 4 ay həbs cəzası gözləyir.
Qadağanın hər kəsin təmiz hava almaq hüququnun zəmanət altına alınmasını təmin etmək məqsədi ilə tətbiq edildiyi bildirilir.
Duterte 2002-ci ildə Filippinin Davao şəhərinin bələdiyyə başçısı olduğu zamanda da xalqa açıq sahələrdə siqaret çəkilməsini qadağan etmişdi. moderator.a