Tramp ABŞ-ın iqlim üzrə Paris anlaşmasından çıxması barədə qərar qəbul edib

31-05-2017, 21:37           
Tramp ABŞ-ın iqlim üzrə Paris anlaşmasından çıxması barədə qərar qəbul edib
ABŞ Prezidenti Donald Tramp ölkəsinin iqlim üzrə Paris anlaşmasından çıxması barədə qərar qəbul edib.

SalamNews-un xarici KİV-ə istinadla verdiyi xəbərə görə, anlaşmadan çıxmaqla bağlı prosedur işlər ətraf mühitin mühafizəsi üzrə Agentliyin rəhbəri Skot Pryuitt başda olmaqla ABŞ administrasiyasının əməkdaşları tərəfindən davam etdirilir.

Məlumata görə, Tramp administrasiyası iki variantı nəzərdən keçirir. Onlardan biri ABŞ-ın 2015-ci ildə imzalanmış Paris anlaşmasından çıxışını nəzərdə tutur. Bununla bağlı prosedur üç il vaxt aparacaq.

İkinci variant isə ABŞ-ın 1992-ci ildə qəbul edilərək 1994-cü ildə qüvvəyə minmiş və Paris anlaşmasının qəbulu üçün baza rolunu oynayan BMT-nin iqlim dəyişikliyi haqqında Çərçivə konvensiyasında iştirakını dayandırmasından ibarətdir. Bildirilib ki, bu variant çıxış prosedurunu sürətləndirəcək, lakin bu daha sərt addım hesab olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.