Tramp və Merkel G-20 sammitinin gündəliyini müzakirə ediblər

4-07-2017, 09:56           
Tramp və Merkel G-20 sammitinin gündəliyini müzakirə ediblər
ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

“Prezident Tramp bu gün Almaniya kansleri Angela Merkel ilə G-20 sammitinin gündəliyini müzakirə edib. Söhbət zamanı tərəflər həmçinin iqlim məsələlərinə toxunublar”, məlumatda deyilir.

G-20 ölkələri liderlərinin növbəti sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək.

Qeyd edək ki, bu ilin iyununda ABŞ İqlimə dair Paris sazişindən çıxıb. D.Trampın qənaətinə görə sənəd ABŞ iqtisadiyyatı üçün ziyanlıdır. 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru