Uşağını öldürüb bağçada basdırdı (FOTOLAR)

23-07-2017, 15:15           

ABŞ-da Bruk Skayler Riçardson adlı 18 yaşlı qızın öz uşağını vəhşicəsinə öldürüb evin arxasında yerləşən bağçada basdırdığı iddia edilir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, tapılan cəsədi analiz edən mütəxəssislər körpənin 2 ay əvvəl öldüyünü və ölü doğulmadığını bildirir.

Ohayo ştatından yaşayan Bruk 20 iyul tarixində həbs edilib və uşağını öldürmək ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilə bilər. Şərti olaraq azadlığa buraxılması üçün isə 15 min dollar tələb edilir.

Gənc qız bütün iddiaları rədd edir. Vəkili Riçardsonun günahsız olduğunu deyərək onun yaxşı insan olduğunu, əlilliyi olan şəxslər üçün işlədiyini bildirir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru