“Normand dördlüyü” liderləri Donbasdakı vəziyyəti müzakirə edəcəklər

24-07-2017, 08:06           
“Normand dördlüyü” liderləri Donbasdakı vəziyyəti müzakirə edəcəklər
Bu gün “Normand dördlüyü” liderləri arasında telefon danışığı baş tutacaq.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa dövlət başçısı Emmanuel Makron və Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda münaqişənin nizamlanmasını müzakirə edəcəklər.

İlin əvvəlindən “Normand dördlüyü” liderləri 4 dəfə Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə ediblər. Son telefon bağlantısı aprelin 17-ə təsadüf edib.

Qeyd edək ki, Fransa prezidenti E.Makron müzakirələrdə ilk dəfə iştirak edəcək.

“Normand dördlüyü” formatında danışıqlara 2014-cü ildə başlanılıb. Fransa, Almaniya, Rusiya və Ukrayna liderləri İkinci Dünya Müharibəsi zamanı müttəfiq qoşunlarının Normandiyaya çıxarılması əməliyyatının 70-ci ildönümünə həsr olunmuş tədbirdə ilk dəfə bir araya gələrək Donbasdakı böhranı müzakirə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru