İranın Kirman əyalətinin Sireç kəndində 5,4 bal gücündə zəlzələ baş verib. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 22.02-də baş verən zəlzələ yerin 10 kilometr dərinliyində qeydə alınıb. Zəlzələnin vurduğu ziyanla bağlı hələ ki, açıqlama verilmir.