Xəstəxanaya soxulmaq istəyən ayını güllələdilər - VİDEO

24-07-2017, 09:54           
Xəstəxanaya soxulmaq istəyən ayını güllələdilər - VİDEO
Polislər xəstəxananın həyətinə daxil olmuş ayını güllələməyə məcbur oldular.

Moderator.az-ın rus versiyası “İzvestiya” nəşrinə istinadla yazır ki, hadisə Rusiyanın Kamçatka diyarında baş verib --- moderator.az/ru/news/8820.html

Milkovsk rayonunun Milkovo kəndinin xəstəxanası yanında gəzişən ayı özünü aqressiv apararaq oradakı insanları qorxudub. Olay yerinə gələn polislər öncə heyvanı, sadəcə, geri – meşəyə qovmağa çalışıblar. Lakin bundan daha da qəzəblənən ayı müalicə müəssisəsini tərk etmək istəməyib. O halda polislər heyvana birbaşa atəş açmağa məcbur olublar.

Xəbərdə xatırladılır ki, bu, Kamçatkada ilk belə hal deyil. İlin əvvəlindən diyarda 20-dən çox ayı güllələnib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru