Rusiya 3 diviziyasını Ukrayna sərhədinə göndərdi 24-07-2017, 10:30 Rusiya yeni hücumlara başlamaq üçün 3 motoatıcı diviziyasını Ukrayna ilə sərhədə yerləşdirib.Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Viktor Mujenko deyib.“Bu, 3-cü (Valuyki), 144-cü (Smolensk) və 150-ci (Novoçerkassk) diviziyalarıdır”, - Mujenko bildirib.Onun sözlərinə görə, təşkilat-qərargah strukturu, hərbi texnikanın varlığı sürətli hücum əməliyyatlarının həyata keçiriləcəyini göstərir. Facebook-da paylaş