Uşağına bu adı verənə 10 min dollar mükafat

24-07-2017, 10:50           
Uşağına bu adı verənə 10 min dollar mükafat
Menyusuna qatdığı yeni bir məhsulu tanıtmaq üçün maraqlı bir reklam kampaniyası başladan restoran şəbəkəsi hər kəsdə maraq doğurub.

ABŞ daxilində 159 şöbəsi olan “BJ’S Restaurant & Brewhouse” adlı restoranlar şəbəkəsi marketinq strategiyası üzrə maraqlı bir üsula əl atıb.
Menyusuna ‘quinoa’ ​​adlı bir yeməyi əlavə edən restoran bu adı uşağına verən ilk ailəyə 10 min dollar dəyərində hədiyyə çeki verəcəyini bildirib.
Qazanan adamın təyin olunması üçün rəsmi sənədləri tələb edən şirkət, doğum şəhadətnaməsini əldə etdikdən sonra mükafatı ‘quinoa’ ​​adını alan uşağın ailəsinə təslim edəcək.

Sosial mediada da bənzər bir kampaniya başladan şirkət, platformadakı adlarını ‘quinoa’ ​​olaraq dəyişdirən istifadəçilərə isə 10 dollar (10.5 AZN) hədiyyə çeki verəcəyini açıqlayıb.

Enter.News












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru