Dağıstanda naziri oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb

24-07-2017, 14:29           
Dağıstanda naziri oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
Dağıstanda nazirin oğurlanmasında şübhəli bilinən 2 nəfər saxlanılıb.

APA-nın RİA "Novosti”-yə istinadən verdiyi məlumata görə, İnşaat və Mənzil Kommunal Xidməti naziri İbrahim Qazıbəyovun oğurlanmasında şübhəli bilinən iki Mahaçqala sakini tutulub.

İstintaqın məlumatına görə, iyulun 20-də naməlum şəxslər məmuru silahla hədələyərək oğurlayıblar. Ertəsi günü cinayətkarlar məmurun azad olunması müqabilində ödənilən məbləğin bir hissəsini - 30 milyon rublu alarkən saxlanılıblar.

Nazirin azad edilməsi əməliyyatında DİN, Federal Təhlükəsizlik Xidməti (FTX) və "Rosqvardiya"nın əməkdaşları iştirak edib.

Adam oğurluğu, soyğunçuluq və qanunsuz silah alveri maddələri ilə cinayət işi açılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.