Çindən Hindistana XƏBƏRDARLIQ: "SƏHVLƏRİNİ DÜZƏLT!"

24-07-2017, 15:02           
Çindən Hindistana XƏBƏRDARLIQ: "SƏHVLƏRİNİ DÜZƏLT!"
Hindistan Tibet muxtariyyatından öz ordusunu çıxarmalıdır.

Bunu jurnalistlərə açıqlamasında Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi U Tsyan söyləyib.

“Biz Hindistandan tələb etmişik ki, provokasiyaları dayandırıb, səhvlərini düzəltsin. Hindistan bizimlə görüşüb, sərhəddə sülh bərpa etməlidir. Çin ordusu öz ölkəsinin suverenliyini qorumağa qadirdir”, – Tsyan bildirib.

Qeyd edək ki, Hindistan Tibetlə sərhəddə bir müddət öncə iki yeraltı sığınacaq yerləşdirib. Çin bu sığınacaqların öz ərazisində yerləşdiyini və onun sökülməsi gərəkdiyini tələb edib. Bundan sonra Çin ordusu iyunun 6-sında həmin sığınacaqları söküb. Bu isə tərəflər arasında qısamüddətli toqquşmaya səbəb olub. Nəticədə hər iki ölkənin ordusundan ölənlər olub./axar.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru