İranın pul vahidi dəyişdirildi - 10 RİAL 1 TÜMƏNƏ ÇEVRİLDİ

24-07-2017, 15:08           

Hurriyyet.org xəbər verir ki, İran hökuməti hazırda qüvvədə olan pul vahidi rialın yenisi ilə - tümənlə əvəzlənməsi barədə qərar çıxarıb.

İranın nazirlər kabinetinin katibi Möhsün Hacı Mirzəyi bu barədə açıqlamasında deyib: “Hazırkı qərar pul hesablarının sadələşdirilməsinə yönəldilib. Bir tümən 10 riala bərabər olacaq. Beləliklə, qiymətləri əks etdirən rəqəmlərdə sıfırın biri ixtisar edilmiş olacaq”.

Tümən 1932-ci ildə rial ilə əvəzlənənə qədər İranın pul vahidi hesab edilirdi. İndi yenidən əks istiqamətə qayıdış baş verib.

İndiyə qədər tümən İranda qeyri-rəsmi pul vahidi hesab edilirdi. Daha doğrusu, xalq arasında danışıqda hələ də “tümən” sözünün işlədilməsi müəyyən qarışıqlığa səbəb olurdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru