Dağıstana naziri başına tapança dirəyərək oğurladılar – Azad edilməsi üçün 70 milyon tələb etdilər

24-07-2017, 16:58           
Dağıstana naziri başına tapança dirəyərək oğurladılar – Azad edilməsi üçün 70 milyon tələb etdilər
Dağıstanın Şuşanovka kənd sakinləri, iki qardaş Zalkep və Yəhya Aliskantovlar muxtar respublikanın tikinti və mənzil-istismar naziri İbrahim Kazibekovu 70 milyon rubl girov pulu almaq üçün oğurlayıblar.
Avropa.info xəbər verir ki, Bu barədə “Mash” teleqram-kanalı məlumat yayıb. Cinayətkarlar Mahaçqala ippodromu yaxınlığında nazirin başına tapança dirəyərək BMW M5 oturdaraq aradan çıxıblar. Kazibekov Mahaçqala mərkəzində evlərdən birində batareyaya bağlanaraq 7 saat bağlı qalıb. Girov pulunun 30 milyon dəyərində bir hissəsinin verilməsi zamanı polis Zalkep Aliskantovu saxlamağı bacarıb. Bir neçə saat sonra ikinci cinayətkar saxlanılıb.
Azad edilən tikinti naziri elə həmin gün hökumətin iclasını keçirib.
Adam oğrularına “Adam oğurluğu”, “Dələduzluq”, “Qanunsuz silah ticarəti” maddələri ilə iş açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru