Ukraynada təhlükəsizlik idarəsinin qarşısında avtomobil partladılıb - VİDEO
24-07-2017, 17:02
FaktXəbər-in verdiyi məlumata görə, Ukraynanın Odessa şəhərində bu gün partlayış baş verib. Belə ki, şəhərin Jukovsk küçəsində "VAZ 2101" markalı avtomobil partladılıb.
Hadisə zamanı xəsarət alan olmasa da, ətrafda yerləşən ticarət obyektləri və avtomobillərə böyük ziyan dəyib.
Qeyd edək ki, partlayışın baş verdiyi ərazinin yaxınlığında Odessa Təhlükəsizlik İdarəsinin binası yerləşir.