Trampın kürəkəni etiraf etdi - "Görüşmüşəm"

25-07-2017, 05:14           
Trampın kürəkəni etiraf etdi - "Görüşmüşəm"
ABŞ prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Cared Kuşner prezident seçki kampaniyası və ondan sonrakı dövrdə Rusiya rəsmiləriylə görüşdüyünü etiraf edib.

teref.az xəbər verir ki, Metbuat.az-ın məlumatına görə, bununla belə o, heç bir xarici hökumətlə hər hansı bir sözləşməyə getmədiyini bildirib.

Kuşner Senatın Kəşfiyyat komitəsində bağlı qapılar arxasında keçirilən dinləmədən və Konqresin Nümayəndələr Palatasının komitəsi qarşısında ifadə verməzdən öncə 11 səhifədən ibarət bəyanat açıqlayıb.

Qeyd edək ki, Konqresin hər iki komitəsi Rusiyanın keçən il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqat aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru