Ukraynanın Dnepr şəhərində silahlı insident nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb - YENİLƏNİB

25-07-2017, 06:01           
Ukraynanın Dnepr şəhərində silahlı insident nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb - YENİLƏNİB
Ukraynanın Dnepr şəhərində baş verən silahlı insident nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bir nəfər hadisə yerində, daha bir nəfər isə aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib.

Hadisə yerində polis və istintaq-operativ qrupu işləyir. İlkin məlumata görə, silahlı insident əvvəllər Donbasda döyüşlərdə iştirak edən şəxslər arasında baş verib.

***

00:18

Ukraynanın Dnepr şəhərində baş verən silahlı insident nəticəsində 1 nəfər ölüb, 5-i yaralanıb.

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Dnepropetrovsk vilayəti Milli polisinin mətbuat katibi Olqa Kuznetsova bildirib.

Onun sözlərinə görə, 1 nəfər hadisə yerində aldığı güllə yarasından ölüb, 5 nəfər xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, silahlı insident şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru