Rusiyanın paytaxtı Moskvada qeyri-adi oğurluq olub. İstiPress-in məlumatına görə, mənzillərdən birindən düz 50 milyard dollar pul aparıblar.
Soyğuncu 68 yaşlı qadının evindən həm də bahalı zinət əşyaları da oğurlayıb.
Oğurluq Krivorojsk küçəsində olub. Oğurlanan zinət əşyalarının dəyəri 137 min rubl olub. Evdən aparılanlar arasında 50 milyard Zimbabve dollarından başqa 100 ABŞ dolları, 20 avro, 1000 Azərbaycan manatı da var.
Polis oğrunu saxlaya bilib. Bu, 61 yaşlı Abxaziya sakini Roman Ş. adlı şəxsdir. Oğurladıqlarının hamısı ondan müsadirə edilib.