Rəng koru dünyanı bu cihazla görür - Foto

25-07-2017, 07:17           
Rəng koru dünyanı bu cihazla görür - Foto
İrlandiyada yaşayan, rəngləri seçə bilməyən (rəng koru) bir adam başına taxdırdığı kameralı antena ilə rəngləri seçə, internetə bağlana bilir və telefon zənglərini başının içindən eşidir.

İngiltərə vətəndaşı olan Neil Harbisson rənglərlə səsləri birləşdirib konsertlər verən bir sənətçidir. Rəng koru olaraq doğulan sənətçi bu problemi həll etmək üçün maraqlı bir üsul tapıb. O başına taxdırdığı kameralı antena ilə rəngləri duyaraq seçə bilir. Antena üzərindəki kameradan görülən hər rəng Harbissonun hiss etdiyi və duyduğu titrəməyə çevrilir.

Bir müddət sonra rənglər səslərə, rəsmlərsə mahnıya çevrilir. Başlanğıcda bu vəziyyətin çox xaotik və qarışıq olduğunu bildirən Harbisson, beş aya başının səslərə öyrəşdiyini söyləyir. Harbisson özünü “ilk insan cyborg”, yəni insanla robot arasında olan canlı varlıq kimi təyin edir.

Musavat.com














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru