Məşhur filosof suda boğulan uşaqları xilas edərkən ölüb

25-07-2017, 09:53           

Fransada 53 yaşlı filosof və yazıçı Anna Dyufurmantel suda boğulan iki uşağı xilas etmək istəyərkən ölüb.

teref.az yazır ki, hakimiyyet.az-ın Independent nəşrinə istinadən xəbərinə görə, faciəvi hadisə Pampelon çimərliyində baş verib.

Uşaqlara kömək etmək istəyən qadını güclü axın aparıb.

Sonradan uşaqların köməyinə xilasedicilər çatıblar. Hazırda onların vəziyyəti normaldır.

Qeyd edək ki, Dyufurmantel hesab edirdi ki, risk və təhlükə müasir həyatın ayrılmaz hissəsidir. O, risklərin təbiəti barədə bir neçə kitab da yazıb.

“Müasir dövrdə özünü təhlükəsiz hiss etmək mümkün deyil. Təhlükəsizlik – komfort illüziyadan başqa bir şey deyil. Yaşamaq böyük riskdir”, – yazıçı müsahiblərinin birində deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru