Dünyanın ən böyük atom sualtı qayığı çimərlikdə peyda oldu...- Heyrətamiz (FOTO/VIDEO)
25-07-2017, 19:28
Uzunluğu 172 metr olan qara nəhəng qitələrarası ballistik raketlər daşıyır... Dəniz sahilində istirahət edənlər gözlənilmədən yaxınlıqda qara rəngli nəhəng sualtı qayığın görünməsindən mat qaldılar.
Moderator.az xəbər verir ki, bu haqda Almaniyanın “Die Welt” nəşri yazıb. Söhbət dünyada ən nəhəng sualtı qayıq hesab edilən Rusiyaya məxsus “Dmitri Donskoy” qayığından gedir. Raketdaşıyan qayıq hərbi paradda iştirak etmək üçün Severodvinskdən Sankt-Peterburqa istiqamət götürüb. Məqalə müəllifinin sözlərinə görə, “Dmitri Donskoy”un fonunda yelkənli gəmilər balaca oyuncaq gəmilər kimi görsənir.
Sualtı qayığın uzunluğu 172 metrdir. Onun göyərtəsində 180 matros çalışır. “Dmitri Donskoy” kreyseri qitələrarası ballistik raketləri daşıyır.
Xatırladaq ki, 2015-ci ilin sentyabrında Rusiya Bəşər Əsəd hakimiyyətinə dəstək üçün ilk dəfə öz qoşun hissələrini Suriyaya göndərən zaman “Dmitri Donskoy” gəmisi də Aralıq dənizinə istiqamət almışdı.
Moderator.az planetin ən nəhəng aom sualtı qayığının son video-görüntülərini də təqdim edir. [media=Dünyanın%20ən%20böyük%20atom%20sualtı%20qayığı%20çimərlikdə%20peyda%20oldu...-%20Heyrətamiz%20(FOTO/VIDEO)]