Meksikada korrupsiyada şübhəli bilinən 45 polis saxlanılıb
26-07-2017, 08:07
Meksikanın Miçoakan ştatının Sirakuaretiro və Tinqambato qəsəbələrində təxminən 45 polis saxlanılıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ştatın ictimai təhlükəsizlik nazirliyi xəbər verib.
Məlumata görə, saxlanılanlar korrupsiyada şübhəli bilinirlər və cinayətkar fəaliyyətə iştirak edib-etmədiklərini müyyən etmək məqsədilə Miçoakan ştatının inzibati mərkəzinə Morelio şəhəriniə gətirilib.