Ermənistanda itən vəzifəli şəxsin cəsədi tapılıb

26-07-2017, 13:17           
Ermənistanda itən vəzifəli şəxsin cəsədi tapılıb
İki gün əvvəl itkin düşən Ermənistanın Armavir vilayətinin qubernatorunun müşaviri Manuk Simonyanın cəsədi tapılıb.

AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, polis tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 25-də, saat 23:30-da, Myasnikyan-Dalarik yolunun üçüncü kilometrliyində, "Dalarik Dərəsi" adlanan ərazisində itkin düşmüş kimi axtarışda olan 1965-ci il təvəllüdlü Manuk Simonyanın meyiti aşkar edilib.

Hazırda məhkəmə-tibbi ekspertizası təyin edilib. İstintaq aparılır.

“Shamshyan.com” saytının məlumatına görə, mərhumun cəsədi kriminal aləmdə ölüm üsullardan biri olan mis məftillə sarınmış olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru