ABŞ Gürcüstana xeyli hərbi texnika gətirdi

26-07-2017, 18:52           
ABŞ Gürcüstana xeyli hərbi texnika gətirdi
ABŞ ağır hərbi texnikasının bir hissəsi artıq Gürcüstana gətirilib.

APA-nın Gürcüstan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, sözügedən texnikadan NATO təlimlərində istifadə olunacaq.

“Abrams” tankları və “Bradley” zirehli maşınlar Poti limanından dəmir yolu vasitəsilə Vaziani hərbi bazasına çatdırılıb.

Qeyd edək ki, NATO-nun “Layiqli tərəfdaş 2017” hərbi təlimləri iyulun 30-dan avqustun 12-dək davam edəcək. Təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ermənistan və Ukraynadan 2800 hərbçi iştirak edəcək. Təlimlər Vaziani və Norio hərbi bazalarında keçiriləcək.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru