Çinin buraxdığı raket Honkonq-Bakı marşrutu ilə uçan təyyarənin üstündən keçib - OLAY, FOTOLAR

26-07-2017, 19:56           
Çinin buraxdığı raket Honkonq-Bakı marşrutu ilə uçan təyyarənin üstündən keçib - OLAY, FOTOLAR
Çin tərəfindən buraxılan raket Honkonq Bakı marşrutu üzrə uçuş həyata keçirən təyyarənin üstündən keçib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Daily Mail xəbər yayıb.

Raketin buraxılışını Boeing 747-8 Freighter yük təyyarəsinin hollandiyalı pilotu Kristian vann Heyst çəkib.

«Gözlənilmədən biz üfüqdə sürətlə böyüyən və yüksələn parlaq ləkə gördük. Əvvəl edə bildik bu hava şarı, yaxud qəribə buluddur. Lakin cəmi bir neçə saniyə sonra bunun raket olduğunu anladıq», - deyə Kristian vann Heyst bəyan edib.

Pilot onu da vurğulayıb ki, raket buraxılışı həyata keçirərkən onlardan başqa səmada təyyarə olmayıb: «Biz bilirdik ki, bizim marşrutdan şimalda və cənubda Çin hava məkanı bağlı olub, lakin raket buraxılışıqnın həyata keçiriləcəyi barədə bizə məlumat verilməmişdi».

«Raket üstümüzdən keçdi. Belə bir hadisəni görmək və yaşamaq həyatda bir dəfə baş verir», deyə pilot vurğulayıb.

Hadisə bazar günü iyulun 23-də, təyyarə Himalay dağı üzərindən uçarkən baş verib.



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.